...

NAZİRLƏR KABİNETİ PREZİDENTƏ BARMEK VƏ BAYIA İLƏ MÜQAVİLƏLƏRİN POZULMASI BARƏDƏ SƏNƏDLƏR TƏQDİM ETMƏSİLƏ BAĞLI MƏLUMATLARI TƏKZİB EDİR

Siyasət Materials 16 İyul 2005 13:35 (UTC +04:00)
NAZİRLƏR KABİNETİ PREZİDENTƏ BARMEK VƏ BAYIA İLƏ MÜQAVİLƏLƏRİN POZULMASI BARƏDƏ SƏNƏDLƏR TƏQDİM ETMƏSİLƏ BAĞLI MƏLUMATLARI TƏKZİB EDİR

Npazirlər Kabineti iyulun 16-da bəzi KİV-nin Azərbaycan prezidenti İlham Əliyevə enerpaylayıcı şəbəkənin operatorları Barmek Azerbaijan i Bayva ilə bağlanmış müqavilələrin pozulması barədə sənədləri təqdim etməsi barədə yaydığı xəbərləri təkzib edib. Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, hökumət tərəfindən belə bir sənəd hazırlanmayıb və prezidentə təqdim edilməyib.

Barmek Azerbaijan-nın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, şirkət ölkə hökumətindən onunla müqavilənin pozulması məsələsinə baxılacağı barədə heç bir məlumat almayıb.

"Bizim Azərbaycan hökuməti ilə çox gözəl münasibətlərimiz var və yayılan bu cür məlumatlar yalnız ajiotaj yaratmaq məqsədi daşıyır ", - deyə o qeyd edib.

Qeyd edək ki, Barmek Azerbaijan 2002-ci ilin yanvarından Bakının və 2002-ci ilin oktyabrından Sumqayıtın enerjipaylayıcı şəbəkələrinin, Bayva isə 2003-cü ilin yanvarından Azərbaycanın 46 regionu üzrə enerjipaylayıcı şəbəkələrinin operatorudur.

Xəbər lenti

Xəbər lenti