...

MSK İYULUN 20-DƏN BÜTÜN SEÇKİ DAİRƏLƏRİ ÜZRƏ TRENİNQLƏRƏ BAŞLAYIR

Siyasət Materials 18 İyul 2005 17:18 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) iyulun 20-dən Azərbaycanın bütün seçki dairələri üzrə treninqlərə başlayacaq. Bu barədə Trend ə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, treninq qrupunun rəhbəri Rövzət Qasımov məlumat verib.

O bildirib ki, MSK tərəfindən treninq qrupları yaradılıb, 12 nəfər müstəqil ekspert, 12 nəfər isə MSK Apartının əməkdaşları trener kimi cəlb olunublar.

Ölkədə fəaliyyətdə olan 124 seçki dairəsinin hər birində keçiriləcək treninqlər bir ay davam edəcək. R.Qasımov bildirib ki, seçki dairələrində keçiriləcək treninqlərdə bütün seçki məntəqələrinin üzvləri iştirak edəcəklər.

Onun sözlərinə görə, bu treninqlər seçki ilə bağlı MSK-nın təşkil etdiyi ən geniş miqyaslı təlimlərdir. Birinci mərhələsi iyulun 20-dən avqustun 20-dək keçiriləcək bu təlimlərin davamı sentyabr ayında olacaq.

MSK rəsmisi qeyd edib ki, treninqlər qrupu xüsusi cədvəl əsasında fəaliyyət göstərəcəklər. Hər treninq qrupu ən azı 6-7 seçki dairəsində təlimlər keçəcək. R.Qasımov onu da əlavə edib ki, prezident İlham Əliyevin bu il mayın 11-də imzaladığı seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında sərəncamında MSK qarşısına aşağı komissiyalara təlimlər keçməsi ilə bağlı xüsusi tapşırıq qoyulub.

MSK-nın sərəncama uyğun olaraq keçirdiyi təlimlərdə dairə və məntəqə seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı maarifləndiriləcək, seçki günü həyata keçirilən proseduralar barədə məlumatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti