...

XƏLƏF XƏLƏFOV: AZƏRBAYCANLA RUSİYA ARASINDA 3 DELİMİTASİYA OLUNMAMIŞ SAHƏ QALIR

Siyasət Materials 19 İyul 2005 13:10 (UTC +04:00)
XƏLƏF XƏLƏFOV: AZƏRBAYCANLA RUSİYA ARASINDA 3 DELİMİTASİYA OLUNMAMIŞ SAHƏ QALIR

"Azərbaycan və Rusiya sərhədində cəmi 3 delimitasiya olunmamış sahə qalıb". Bu barədə Trend agentliyinə Azərbaycanın xarici işlər nazirinin müavinin Xələf Xələfov eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhədyanı ərazilərin böyük hissəsini delimitasiya ediblər. Delimitasiya olunmamış sahələr Dağıstan Respublikası ilə sərhəddə yerləşir. Hazırda bu ərazilərin delimitasiyası üçün hazırlıq işləri gedir. "Bu günlərdə hər iki ölkənin ekspertlərinin görüşü zamanı bu ərazilərin relyef və miqyasının öyrənilməsi üzrə konkret işlər həyata keçirilib", - deyə nazir müavini bildirib.

"Delimitasiya üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın növbəti iclasının gedişində bu məsələlər diqqət mərkəzində olacaq. Komissiyanın iclası cari ilin payızına qədər keçiriləcək", - deyə, diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti