...

ƏLİ ƏLİYEV: "ETİBAR MƏMMƏDOVUN "YENİ SİYASƏT" SEÇKİ BLOKUNU TƏRK EDƏCƏYİ ŞAYİƏDİR"

Siyasət Materials 19 İyul 2005 13:13 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun "Yeni Siyasət" (YeS) seçki blokunu tərk edərək Lalə-Şövkət Hacıyevanın rəhbərlik etdiyi "Milli Birlik" Hərəkatına qoşulacağı haqqında yayılanlar şayiədən başqa bir şey deyil". Bu barədə Trend ə AMİP sədri Əli Əliyev bildirib.

"Etibar Məmmədov seçkilərə "YeS"in namizədi kimi qatılacaq. O, artıq namizəd kimi qatılacağı seçki dairəsini də müəyyənləşdirib. Bu, 16 saylı Yasamal (birinci) seçki dairəsi olacaq",-deyə, AMİP sədri bildirib.

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Partiyası (ALP) İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan da KİV-lərin yaydığı məlumatı təkzib edib.

Onun sözlərinə görə, Etibar Məmmədovun ALP-nin lideri Lalə-Şövkət Hacıyevanın rəhbərlik etdiyi "Milli Birlik" Hərəkatına qoşulması ilə bağlı hələlik heç bir danışıqlar aparılmayıb və bu istiqamətdə hər hansı bir danışıqların olacağı gözlənilmir.

Xəbər lenti

Xəbər lenti