...

ƏVƏZ TEMİRXAN: "MÜXALİFƏTİN SEÇKİ KOMİSSİYALARININ PARİTET ƏSASDA FORMALAŞMASINI TƏLƏB ETMƏK DÜZGÜN DEYİL"

Siyasət Materials 19 İyul 2005 15:27 (UTC +04:00)

"Müxalifətin hakimiyyətdən seçki komissiyalarının tərkibini partitet əsasda formalaşdırılmasını tələb etmək düzgün addım deyil". Bu barədə Trend ə Azərbaycan Liberal Partiyası (ALP) İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan bildirib.

Onun sözlərinə görə belə bir formatda (50% iqtidar, 50% müxalifət) yaradılmış seçki komissiyaları ilə keçiriləcək parlament seçkilərində müxalifətin qələbə qazanmaq imkanları minimuma bərabərdir.

"Tutaq ki, hakimiyyət müxalifətin seçki komissiyalarının paritet əsasda formalaşdırılması tələbi ilə razılaşdı. Və bundan dərhal sonra müxalifət partiyalarından biri bəyanat verərək, keçib oldu iqtidaryönlü partiya. Onda necə olsun? Yenə də iqtidar mütləq çoxluq əldə edəcək. Odur ki, müxalifət bu addımdan çəkinməlidir.

Biz isə təklif edirik ki, Mərkəzi Seçki Komissiyası (MSK) ötən parlament seçkisində 1%-li baryeri aşmış 8 partiyardan, eləcə də 2003-cü ilin prezident seçkilərində namizədi 1% səs toplamış Ədalət Partiyasından təmsil olunsun. Bu format daha ədalətli və demokratikdir",-deyə Əvəz Temirxan vurğulayıb.

Xatırladaq ki, MSK-nın 15 üzvündən 6-ı hakim Yeni Azərbaycan Partiyasının, 3-ü parlamentdə azlıq təşkil edən partiyaların (AXCP(i), VHP, KP), 3-ü ötən parlament seçkilərində iştirak etmiş, lakin 3%-li baryeri aşa bilməmiş partiyaların (ADP, Müsavat, AMİP, ALP) nümayəndələrindən, 3-ü isə bitərəflərin nümayəndələrindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti