...

NOVXANIDA YAXALANMIŞ TERRORÇU QRUPUN 7 ÜZVÜNƏ QARŞI CİNAYƏT İŞİ AÇILIB

Siyasət Materials 20 İyul 2005 13:07 (UTC +04:00)

Ötən həftə Bakının Novxanı qəsəbəsində yaxalanmış 7 nəfərdən ibarət terrorçu dəstənin üzvlərinə qarşı cinayət işi açılıb. Bunu milli təhlükəsizlik naziri Eldar Mahmudov Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində terrorçu qrupun yaxalanması zamanı onlardan külli miqdarda hərbi sursat və partlayıcı maddələr aşkar olunaraq götürülüb.

"Əməliyyat heç də asan keçməyib. Terrorçu qrup yaxalanan zaman MTN əməkdaşlarına müqavimət göstərib. Nəticədə xüsusi təyinatlı dəstənin bir əməkdaşı yaralanıb. Hazırda onun səhhəti qənaətbəxşdir",- deyə Eldar Mahmudov bildirib.

Milli təhlükəsizlik naziri hazırda faktla bağlı istintaq işlərinə başlanıldığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti