...

DİP SƏDRİ ASİM MOLLAZADƏ "AĞ EV" , PENTAQON VƏ DÖVLƏT DEMARTAMENTİNDƏ GÖRÜŞLƏR KEÇİRMİŞDİR

Siyasət Materials 20 İyul 2005 16:01 (UTC +04:00)

İyulun 15-dən ABŞ-da işgüzar səfərdə olan Demokratik İslahatlar Partiyasının(DİP) sədri, millət vəkili Asim Mollazadə ötən gün Vaşinqtonda bir sıra görüşlərdə iştirak etmişdir.

Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirnilmişdir. Məlumatda, iyulun 19-də DİP sədrinin nüfuzlu "Vaşinqton post" qəzetinin baş redaktoru Cekson Diellə görüşdüyü bildirilmişdir. Görüşdə Asim Mollazadə Azərbaycan, eləcə də bölgədə baş verən proseslərlə bağlı C.Diellə ətraflı məlumat vermişdir.

Həmin gün DİP sədrinin Pentoqonda Aviasiya İdarəsinin rəhbəri Cim Mak Duqlasla da görüşü olmuşdur. Görüşdə Cənubi Qafqaz və Mərkəzi Asiya regiondakı vəziyyət, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunmuşdur.

Asim Mollazadənin ötən gün həmçinin, "Ağ Ev"də, Milli Təhlükəsizlik Şurasının Aviasiya idarəsinin yeni rəhbəri Devid Merkellə də görüşmüşdür. Məlumatda görüşdə parlament seçkisi öncəsi Azərbaycandakı mövcud ictimai-siyasi durumun müzakirə olunduğu bildirilmişdir.

DİP sədri öz çıxışında Azərbaycanda stabilliyin əsas şərtinin yalnız demokratik seçkilər və ölkədə demokratiyanın iknişafı olduğunu vurğulamışdır.

Dövlət Departamentində dövlət katibinin köməkçisi Met Vrauzla görüşündə isə DİP sədri Azərbaycan, eləcə də regiondakı proseslər, həmçinin, qarşıdan gələn parlament seçkiləri ilə bağlı müzakirələr aparmışdır.

Qeyd edək ki, DİP sədri Asim Mollazadənin ABŞ səfəri həftəsonu başa çatacaqdır.

Xəbər lenti

Xəbər lenti