...

SİYASİ MƏHBUSLAR ÜZRƏ İŞÇİ QRPUNUN İCLASINDA QARABAĞ PARTİZANLARININ AZAD OLUNMASI İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILACAQ

Siyasət Materials 20 İyul 2005 16:18 (UTC +04:00)

İyulun 20-də Qarabağ partizanlarından ikisi - Anar Əliyev və İlqar Məmmədov həbsdən azadlığa buraxılacaqlar. Trend in məlumatına görə, iyulun 20-də Qarabağ Azadlıq Təşkilatının qərargahında keçirilən mətbuat konfransında bu barədə partizanların vəkili Osman Kazımlı məlumat verib.

Qeyd edək ki, iyulun 19-da Ali Məhkəmədə partizanlardan dördünün işinə baxılıb və onların üzərindən Cinayət Məcəlləsinin 279.1-ci maddəsi - dövlətin konstitusion quruluşuna qarşı silahlı dəstək yaratmaq ittihamı götürülüb.

Bu maddənin götürülməsindən sonra partizanların cəzaları da azaldılıb. Buna görə də partizanlardan ikisinin cəza müddəti artıq başa çatıb. İlqar İbrahimovun cəza müddəti avqustun 13-də başa çatacaq, Ədalət Əliyevin isə üzərində 6 il 6 ay cəza müddəti qalıb.

Mətbuat konfransında iştirak edən partizanların valideynləri və vəkili, QAT-ın rəhbərliyi, həmçinin hüquq müdafiəçiləri Ədalət Əliyevin cəza müddətinin çox olmasını və azadlığa çıxmamasını haqsızlıq, qeyri-obyektv qərar kimi qiymətləndiriblər. Vəkil Osman Kazımlı Ə.Əliyevlə bağlı yenidən Ali Məhkəməyə müraciət olunacağını deyib.

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə bildirib ki, iyulun 22-də dövlət orqanları ilə hüquq müdafiəçiləri arasında yaradılan birgə işçi qrupunun iclası keçiriləcək. O, həmin iclasda partizanların məsələsini müzakirəyə çıxaracağını deyib.

İşçi qrupunun üzvü Ç.Qənizadənin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Malkolm Bryusun Azərbaycanla bağlı məruzəsində Qarabağ partizanlarının hamısının - 16-sının da adı siyasi məhbus kimi qeyd olunub. Bununla bağlı Azərbaycan hökumətinə tövsiyələr təqdim edilib.

Xəbər lenti

Xəbər lenti