...

AVROPA KOMİSSİYASI NÜMAYƏNDƏLƏRİNİN SƏFƏRİ SENTYABRA KEÇİRİLİB

Siyasət Materials 20 İyul 2005 17:10 (UTC +04:00)

Avropa komissiyası nümayəndələrinin yeni qonşuluq Siyasəti çərçivəsində hərəkət planının ilkin variantının müzakirəsi üçün səfəri təxirə salınıb.

Tacis Əlaqələndirici bürosunun icraçı direktoru Əsgər Ələkbərov Trend agentliyinə bildirib ki, səfər müddətinin vaxtının dəyişdirilməsi nümayəndələrin səfər çərçivəsində Cənubi Qafqaz regionunun bütün ölkələrini gəzməsi ilə bağlıdır.Belə ki, bunun üçün ən əlverişli vaxt cari ilin payız dövrü olduğu bildirilib. Öncə səfər iyulun ortalarına planlaşdırılırdı və dəqiq vaxt iyulun 14-ü göstərilirdi.İndi isə 6 sentyabr olaraq planlaşdırılır.

Yeni qonşuluq Siyasətinin gerçəkləşdirilməsi çərçivəsində həm ənənəvi, həm də innovasiya istiqamətində əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır.Xüsusilə ənənəvi istiqamətdə demokratik islahatlara dəstək, məhkəmə islahatı, insan hüquqlarının müdafiəsi, ticarət münasibətləri.

DTT-yə daxil olmaqda dəstək verilməsi, nəqliyyat və energetika sahəsində əməkdaşlıq,qanunun aliliyinin möhkəmləndirilməsi, korrupsiya ilə mübarizəyə dəstək vkrilməsi, seçki sisteminin yaxşılaşdırılması, narkotiklərin qeyri-qanuni ticarəti ilə mübarizə, sərhəd mühafizəsi və polisinin möhkəmləndirilməsi, miqrasiya məsələlərinin tənzimlənməsi, yoxsulluğun azaldılması məsələlərində vəziyyətin yaxşılaşdırılması, struktur islahatları, investisiya layihələrinin şəffaflığı, kiçik və orta sahibkarlığa hüquqi dəstək, vergi və gömrük sisteminin müasirləşdirilməsi, hüquqi tənzimlənmə və inzibatçılıq, investisiyalarda və ticarətdə maneələrin ləğv edilməsi kimi məsələlər aid olacaq.

Yeni qonşuluq Siyasətinin yeni istiqaməti Avropada təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə gerçəkləşdirilən ictimai proqramlarda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakını nəzərdə tutan "İnsanlar arasında əlaqələr" olacaq.

Cari ilin sonunadək hərəkət planının işlənib-hazırlanması və yeni proqram büdcəsinin tərtib edilməsi üzrə işlərin başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti