...

AZƏR MÜRSƏLİYEV: XƏZƏRDƏ TERROR AKTLARI TƏHLÜKƏSİ TAMAMİLƏ REALDIR

Siyasət Materials 20 İyul 2005 18:00 (UTC +04:00)
AZƏR MÜRSƏLİYEV: XƏZƏRDƏ TERROR AKTLARI TƏHLÜKƏSİ TAMAMİLƏ REALDIR

Rusiyanın Xəzər dənizində operativ hərbi-dəniz qrupunun (KASFOR) yaradılması barədə təşəbbüsü bu regionda terror aktlarının törədilməsi təhlükəsinin tamamilə real olması ilə bağlı şübhəsiz ki, müsbət ideyadır. Bu fikri rusiyalı ekspert, "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin müdiri Azər Mürsəliyev Trend ə verdiyi müsahibəsində ifadə edib.

O xatırladıb ki, tərkibinə Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin gəmilərinin daxil olacağı "KASFOR" qüvvələrindən yalnız regionda mövcud olan təhlükə ilə, hər şeydən əvvəl, terrorizmlə, narkotik qaçaqmalçılığı ilə mübarizədə və regionun ekoloji maraqlarının müdafiəsi zamanı istifadə olunacaq.

"Xəzər regionunda yaranmış vəziyyəti nəzərə alaraq qeyd etmək zəruridir ki, burada terror təhlükəsi çox realdır", - deyə ekspert qeyd edib və Rusiyanın Xəzəryanı ərazilərinin böyük hissəsində baş verən terror aktlarını xatırladıb.

"Dağıstanda hər həftə terror aktları baş verir. Bu region onların sayına görə hətta Çeçenistanı da arxada qoyub", -deyə A. Mürsəliyev qeyd edib. Onun sözlərinə görə, yaranmış bu vəziyyət Kremlin narahatlığına səbəb olmaya bilməz.

"Əgər Şimali Qafqaz vəziyyətin partlayış təhlükəsi həddinə çatdığı bir vaxtda Xəzərin Rusiyaya məxsus hissəsində neft və qaz hasilatı üzrə layihələrin işə salınmasını da əlavə etsək, onda terror hücumlarının baş verməsilə bağlı təhlükə bir neçə dəfə artır", - deyə ekspert bildirib. O qeyd edib ki, Rusiyanın neft-qaz yataqlarındakı terror aktları birbaşa Azərbaycana da sirayət edə bilər. "Belə olan halda bütün Xəzəryanı dövlətlər, o cümlədən, Azərbaycan da ekoloji fəlakətlə üz-üzə qala bilər"- deyə ekspert bildirib.

Moskvanın Xəzərdə strateji maraqları ilə bağlı bəyanatlara, eləcə də "KASFOR"un yaradılması ideyasından regionda Rusiyanın təsirinin artması məsələsinə toxunan A.Mürsəliyev qeyd edib ki, bu tip layihələrdə xarici siyasətlə bağlı meyllər daima öz əksini tapır. Ekspertin fikrincə, Rusiyanın təkliflərində də onun Xəzər dənizində öz iştirakını qeyd etmək arzusu yer alıb.

Sonda A.Mürsəliyev xatırladıb ki, Moskvanın bu təşəbbüsü "Bleksifor" Qara dəniz hərbi-dəniz qrupunun uğuru nəzərə alınmaqla hazırlanıb ki, onun yaradılması zamanı da Kreml Qara dənizdəki "strateji maraqları" ilə bağlı müzakirələrin obyekti olmuşdu.

Xəbər lenti

Xəbər lenti