...

AZƏRBAYCAN PREZİDENTİ YENİDƏN MAŞTAĞA QƏSƏBƏSİNƏ GEDİB

Siyasət Materials 20 İyul 2005 18:14 (UTC +04:00)
AZƏRBAYCAN PREZİDENTİ YENİDƏN MAŞTAĞA QƏSƏBƏSİNƏ GEDİB

Trend agentliyi bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 20-də Bakı şəhəri Əzizbəyov rayonunun Maştağa qəsəbəsinə gedib. Azərbaycan prezidenti son ayda Maştağaya ikinci dəfə gəldiyini qeyd edib. İ.Əliyev bildirib ki, qəsəbəyə ötən dəfə verdiyi tapşırıqların yerinə yetirilməsinin yoxlanılması məqsədilə gəlib.

Qəsəbənin sakinləri Maştağa qəsəbəsini subtropik sovxozla birləşdirən 2.5 km yolun keyfiyyətinin yaxşılaşdırılması üçün verdiyi tapşırıqlarla bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər. Maştağalılar qalan sosial problemlərinin də tezliklə öz həllini tapacağına ümid etdiklərini bildiriblər.

Prezident İlham Əliyev kəndliləri əmin edib ki, Bakının qəsəbələrində sosial şəraitin yaxşılaşdırılması üçün həyata keçirilən işlər davam etdiriləcək.

Xatırladırıq ki, Azərbaycan dövlətinin başçısı iyulun 12-də Maştağada müasir Rabitə Evinin açılış mərasimində iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti