Azərbaycan prezidenti İlham Əliyev ölkənin milli bayramı - Kralın andiçmə günü münasibəti ilə Belçika kralı II Alvert və baş nazir Gi Verhofstadta təbrik məktubu göndərmişdir. Bu haqda Trend ə Prezidentin mətbuat xidmətindən bildirilmişdir.
"Əminəm ki, Azərbaycan-Belçika münasibətləri xalqımızın rifahı naminə daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik ",-deyə məktubda bildrilmişdir.