...

R. ƏRDOĞAN: TÜRKİYƏ VƏ RUSİYANIN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI TUTDUQLARI MÖVQE ÜST-ÜSTƏ DÜŞÜR

Siyasət Materials 21 İyul 2005 13:52 (UTC +04:00)
R. ƏRDOĞAN: TÜRKİYƏ VƏ RUSİYANIN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI TUTDUQLARI MÖVQE ÜST-ÜSTƏ DÜŞÜR

Türkiyə və Rusiyanın Dağlıq Qarabağ problemi və Kipr münaqişəsinə yanaşmaları üst-üstə düşür. Trend agentliyinin Türkiyənin TRT dövlət televiziyasına istinadən bildirdiyinə görə, belə bəyanatla iyulun 21-də nazir Rəcəb Tayib Ərdoğan Ankarada Rusiyaya səfərinin nəticələrini şərh edərkən çıxış edib.

Türkiyə hökumətinin başçısı qeyd edib ki, "belə məsələlərə Ankara və Moskvanın yanaşmalarının oxşarlığı Şimali Kiprin tezliklə təcrid olunmasının aradan qaldırılmasında, regional stabilliyi təhlükə altında qoyan münaqişələrin və Dağlıq Qarabağ probleminin həllində böyük əhəmiyyətə malikdir".

Ərdoğan həmçinin onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar Türkiyə və Rusiya arasında mövcud əlaqələri hərtərəfli əməkdaşlıq səviyyəinə qaldıraraq onların inkişafına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti