...

ABŞ SENATI AZƏRBAYCANA 35 MİLYON DOLLARLIQ YARDIMI TƏSDİQLƏYİB

Siyasət Materials 21 İyul 2005 14:13 (UTC +04:00)

ABŞ Senatı çərşənbə günü keçirilən iclasda 2006-cı ildə ABŞ Dövlət Departamenti üçün 32 milyard dollarlıq büdcə ödəmələrini təsdiqləyib. Trend in verdiyi xəbərə görə, senatorların təsdiqlədikləri ABŞ Dövlət Departamentinin 2006-cı il üzrə büdcəsinin "keçmiş Sovet İttifaqının yeni müstəqil dövltələrinə yardım" maddəsi ümumilikdə 565 milyard dollar həcmində xərcləri nəzərdə tutur.

Proqramda Azərbaycana demokratiyaya və iqtisadi islahatların aparılmasına yardım məqsədilə 35 milyon dollar ayrılıb. Bu zaman Rusiyaya 85, Belorusiyaya 15, Ukraynaya 95, Ermənistana 75, Gürcüstana 70,5, Qırğızıstana 35, Özbəkistana 28,5, Qazaxıstana 28, Tacikistana 25, Moldovaya 20, Türkmənistana 6,5 milyon dollar yardım ayrılıb.

Xəbər lenti

Xəbər lenti