...

ALMANİYADA HESAB EDİRLƏR Kİ, AZƏRBAYCAN DTT-YƏ DAXİL OLMAQ ÜÇÜN DÜZGÜN YOL TUTUR

Siyasət Materials 21 İyul 2005 15:28 (UTC +04:00)

Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) daxil olmaq üçün doğru yol tutub. Trend agentliyi bildirir ki, Bakıda səfərdə olan Almaniya Federal kənd təsərrüfatı, ərzaq və istehlakçıların müdafiəsi nazirliyinin əməkdaşı, ekspert Rudiqer Oxst (Rudiger Ohst) iyulun 21-də bu bəyanatla çıxış edib.

Alman eksperti qeyd edib ki, Azərbaycanın DTT-yə daxil olması üçün əsasın yaradılmasına baxmayaraq gömrük tarifləri üzrə danışıqları başa çatdırmaq lazımdır.

Qeyd edək ki, R. Oxst DTT-yə daxil olma məsələsi üzrə respublikanın dövlət instansiyalarına konsultativ dəstək verilməsi üçün iyulun 18-də Bakıya gəlib.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkil etdiyi səfər çərçivsəində R.Oxst Azərbaycan İqtisadi inkişaf nazirliyində, Dövlət gömrük komitəsində və XİN-də danışıqlar aparıb.

İyulun 22-də cümə günü Almaniya Federal kənd təsərrüfatı, ərzaq və istehlakçıların müdafiəsi nazirliyinin əməkdaşının Azərbaycanın dövlət instansiyalarının işçiləri üçün seminarı planlaşdırılıb.

Almaniyanın Bakıdakı səfirliyində qeyd olunub ki, R. Oxst bundan öncə Ukrayna hökumətinə konsultativ dəstək verib.

Xəbər lenti

Xəbər lenti