...

YUNANISTAN ŞİMALİ KİPRLƏ BAĞLI AZƏRBAYCANA "CAVAB VERİB"

Siyasət Materials 22 İyul 2005 10:47 (UTC +04:00)

Yunanıstan Azərbaycanın Şimali Kiprlə yaxınlaşmasına cavab olaraq tanınmamış Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmağa başlayıb. Bu barədə Trend agentliyi Türkiyədə çıxan "Milliyyət" qəzetinə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, telekommunikasiya məlumatı sahəsində ən iri yunan firmalarından biri "Intrakom" bu yaxınlarda Dağlıq Qarabağda fəaliyyət göstərən Ermənistanın "Iivacell" rabitə şirkəti ilə əməkdaşlığa dair razılıq imzalayıb. Bu razılıqda "Iivacell" şirkətinin "gələcək inkişafı" məqsədilə "Intrakom" şirkəti tərəfindən 22.8 mln avro pul vəsaitinin ayrılması nəzərdə tutulur.

Eyni zamanda yunan şirkəti Yerevan və Azərbaycanın işğal olunmuş ərazilərində iki ofisin açılmasını planlaşdırır. Məlumatda o da qeyd olunur ki, "Intrakom"un Yerevan ofisi artıq sentyabr ayına qədər fəaliyyətə başlayacaq, "Dağlıq Qarabağ nümayəndəliyi"nin açılması isə bu ilin oktyabr ayına planlaşdırılıb.

Maraqlıdır ki, "İntrakom"un sahibi yunanıstanlı sahibkar Sokratis Kokalis bu mövzu ilə bağlı şərh verməkdən boyun qaçırır.

Xəbər lenti

Xəbər lenti