...

DİP SƏDRİ ASİM MOLLAZADƏ ABŞ-DA GÖRÜŞLƏR KEÇİRİB

Siyasət Materials 22 İyul 2005 16:02 (UTC +04:00)

İyulun 15-dən ABŞ-da işgüzar səfərdə olan Demokratik İslahatlar Partiyasının(DİP) sədri, millət vəkili Asim Mollazadə ötən gün bəzi konqresmenlərlə, eləcə də bu ölkədəki beynəlxalq institutlar və beynəlxalq layihələrinin rəhbərləri ilə görüşlər keçirib.

Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirilib.

DİP sədri Konqressdə İndiana ştatından olan konqresmen Den Bartanla görüşü zamanı, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnaməni dəstəklədiyi üçün ona təşəkkür edib.

Asim Mollazadənin Nyu-Uork ştatından olan konqresmen Eliot Enqlla görüşündə isə qarşıdan gələn parlament seçkiləri, ABŞ-Azərbaycan əlaqələri ilə bağlı müzakirələr aparılıb.Konqressdə ATƏT komissiyasının üzvləri ilə görüşündə isə Asim Mollazadə Dağlıq qarabağ problemi, Minsk qrupunun münaqişənin sülh yolu ilə nizamlanmasına dair gördüyü işlərdən danışıb.

Həmin gün Beynəlxalq Respublikaçılar və Milli Demokratiya(MDİ) institutlarında keçirdiyi görüşlərində DİP sədri rəhbərlik etdiyi partiyanın məramı barədə onlara ətraflı məlumat verib.Müzakirələrdə həmçinin, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri və seçkilərin demokratikliyinin təmin olunması üçün aparılmalı olan zəruri islahatlara toxunulub.

MDİ-nin proqram direktoru Nelson Ledski ilə görüşdə isə DİP sədri müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb. MDİ-nin transmilli demokratiya layihəsinin direktoru Bryus Ceksonla görüşündə isə Asim Mollazadə Azərbaycanda qarşıdapn gələn parlament seçkilərini, eləcə də ölkənin Avroatlantik ittifaqa inteqrasiyası məsələsini müzakirə edib.

Qeyd edək ki, DİP Asim Mollazadənin ABŞ səfəri həftəsonu başa çatacaq.

Xəbər lenti

Xəbər lenti