...

MİKLOŞ HARAŞTİ: AZƏRBAYCANIN İQTİDARYÖNLÜ MƏTBUAT ORQANLARI ÖZƏLLƏŞDİRİLMƏLİDİR

Siyasət Materials 22 İyul 2005 16:35 (UTC +04:00)
MİKLOŞ HARAŞTİ: AZƏRBAYCANIN İQTİDARYÖNLÜ MƏTBUAT ORQANLARI ÖZƏLLƏŞDİRİLMƏLİDİR

Azərbaycan hakimiyyəti iqtidaryönlü mətbuat orqanlarını məcburi surətdə özəlləşdirməlidir. Trend agentliyi bildirir ki, iyulun 22-də Bakıda keçirilən mətbuat konfransında ATƏT-in Kütləvi İnformasiya Vasitələrinin (KİV) azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bu bəyanatla çıxış edib.

M. Haraştinin fikrincə, hakimiyyətin həmin addımı Azərbaycanın mətbuat orqanları arasında "plyuralizm"i təmin edər, ictimaiyyətin ölkə KİV-nə etimadının bərpasına kömək edər.

ATƏT-in KİV-nin azadlığı üzrə nümayəndəsi Bakıya apreldəki səfərinin yekunlarına əsasən hazırlanmış məruzəsinin detallarını elan edib və qeyd edib ki, həmin sənəd ölkə rəhbərliyinə bir sıra tövsiyələri əhatə edir.

Azərbaycanda elektron KİV-nin vəziyyətinə toxunan ATƏT nümayəndəsi qeyd edib ki, teleradioyayım sahəsində vəziyyət "daha müsbətdir".

"Radio və telekanallarla müqayisədə Azərpbaycan mətbuatı həm peşəkar planda, həm də hadisələrin obyektiv işıqlandırılması məsələsində zəifdir.Azərbaycanın dövri mətbuatının təhlili mənim tezisimin doğruluğunu bir daha sübut edib"-deyə M. Haraşti qeyd edib və bildirib ki, faktlara qərəzsiz yanaşma şübhəsiz ki vardır, amma bunlar "fərdi səviyyədə" qalır.

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli məsələsinə toxunan Mikloş Haraşti qeyd edib ki, Bakıya ötən səfərində Azərbaycan rəhbərliyi təhqiqatın gedişində müəyyən irəliləyişlər barədə bəyan edib, amma həmin məsələdə ictimaiyyətin məlumatlandırılması kifayət deyil.

" Həmin təhqiqatın detallarının ictimai yayımı bir çox səbəblərdən əhəmiyyətlidir. Xüsusilə hakimiyyətin həmin addımı Azərbaycan jurnalistlərinə özlərini təhlükəsizlikdə hiss etməyə imkan yaradacaq"-deyə o qeyd edib.

Respublika hakimiyyətinin KİV orqanlarına təzyiqi barədə bəyanatı şərh edərkən M. Haraşti qeyd edib ki, Azərbaycanda KİV üzərində tam nəzarət faktı müşahidə edilmir. "Mən bilirəm ki, sizin ölkənizdə özlərinə lazım olan məlumatları ala bilən cəsarətli jurnalistlər vardır"-deyə ATƏT nümayəndəsi bildirib.O, deyib ki, Azərbaycanda koordinal dəyişikliklər zərurətinin olduğu sahələr hələ də qalır.

Dövlət televiziyasının ictimailəşdirilməsindən danışan M. Haraşti qeyd edib ki, hələlik aksiya paketlərinin 50%-i dövlətə məxsus olacaq, "AzTV dövlət kanalı olaraq qalacaq". "Bu, Avropa Şurasının və ATƏT-in prinsiplərinə uyğun deyil və azad mətbuatın olduğunu iddia edən heç bir ölkədə belə telekanal ola bilməz"-deyə M. Haraşti qeyd edib.

ATƏT-in KİV-nin azadlığı üzrə nümayəndəsi həmçinin öz təəssüfünü bildirib ki, parlament seçkilərinədək telekanalların açılması üçün yeni lisenziyalar ayrılmayacaq. O, həm də Azərbaycanın Tezliklər Xəritəsinin hazırlanması zərurətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti