...

MİSİRİN ŞƏRM ƏL- ŞEYX ŞƏHƏRİNDƏ PARTLAYIŞ NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKƏNLƏR ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞI YOXDUR

Siyasət Materials 23 İyul 2005 14:02 (UTC +04:00)
MİSİRİN ŞƏRM ƏL- ŞEYX ŞƏHƏRİNDƏ PARTLAYIŞ NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKƏNLƏR ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞI YOXDUR

Misirin Şərm Əl- Şeyx şəhərində baş vermiş partlayış nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.Bu barədə Trend agentliyinə Azərbaycanın Misirdəki səfirliyinin ataşesi Ceyhun Zeynalov bildirib.

O, qeyd edib ki, Şərm Əl-Şeyxdə son məlumatlara görə, 59 nəfərin itkisinə səbəb olan terror aktları ilə bağlı Azərbaycan səfirliyində təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, son 3 ildə kurort Misirin Azərbaycan turistlərinin daha çox getdiyi regionlarındandır.

Xatırladaq ki, terrorçuların hədəfinə Naama Bey şəhərinin mərkəzində yerləşən Ghazala Gardens və Movenpick otelləri, eləcə də şəhərin kənarında olan bazar məruz qalıb.Üç partlayışdan ikisi minalanmış avtomobillərin köməyilə, biri isə, çamadanda gizlədilmiş partlayıcı maddə vasitəsilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti