...

BAKIDA NATO-NUN SƏHRA PALTARINI GEYİNMİŞ BEYNƏLMİLƏL CİNAYƏTKAR QRUP SAXLANILIB

Siyasət Materials 23 İyul 2005 14:58 (UTC +04:00)
Bakıda azərbaycanlılarla yanaşı tərkibinə çeçen, dacıstanlı, türkiyəli, yəmənlinin də daxil olduğu cinayətkar qrup saxlanılıb. Trend agentliyi bildirir ki, bu barədə Bakı şəhər Baş polis idarəsinin və prokurorluğun məlumatında deyilir.

Bakıda azərbaycanlılarla yanaşı tərkibinə çeçen, dacıstanlı, türkiyəli, yəmənlinin də daxil olduğu cinayətkar qrup saxlanılıb. Trend agentliyi bildirir ki, bu barədə Bakı şəhər Baş polis idarəsinin və prokurorluğun məlumatında deyilir.

Məlumatda deyilir ki, 2005-ci il iyulun 21-də təxminən saat 11ö00-da Nəsimi rayonu Polis idarəsinin əməkdaşları axtarış tədbir keçirmişlər. Asif Məhərrəmli küçəsində 5 saylı evin yanında dayanmış "VAZ-21099" markalı avtomobilin sərnişinləri özlərini şübhəli apardığı üçün polis əməkdaşları onlara sənədlərini təqdim etməyi xahiş edib.

Həmin anda sərnişinlərdən biri "Makarov" tipli tapançadan atəş açaraq narkotiklərlə mübarizə şöbəsinin kiçik müfəttişi, baş polis serjantı Mövlan Əlibəyovu yaralayaraq qaçiağı cəhd edib.Amma polis idarəsinin digər əməkdaşları göstərilən silahlı müqavimətə baxmayaraq Bakıda 1976-cı ildə doğulmuş və heç bir yerdə işləməyən Arif Hacıyev və Emil Haqverdiyevi tərksilah etmiş, onlardan 15 patronla birlikdə nömrəsiz "Makarov" tipli tapança götürmüşlər və hər ikisini Nəsimi rayon polis idarəsinə aparmışlar.

"VAZ-21099" markalı avtomobilə baxış zamanı hər birində 30 patron olan 4 avtomat daraqlı "AK-74" markalı avtomatik silah, 2 əl qumbarası, 9 mm kalibrli tapançaya 14 patron, 1 bıçaq, 2 mobil telefon, 3 dəst hərbi geyim, 1 TSM-700 markalı gecə görmə cihazı, 1 yeşik sərt partladıcı maddə götürülüb.

Bakı şəhəri Baş polis idarəsi, şəhər prokurorluğu, Nəsimi rayon Polis idarəsi və MTN-nin rayon şöbəsi əməkdaşlarının həyata keçirdiyi birgə axtarış-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun digər əlaqələri aşkar edilib.Onların tutduğu mənzildən NATO-nun hərbi -səhra geyimi, 100 patron və digər təchizat götürülüb.

Aparılan axtarış tədbirlərində cinayətkar qrupun üzvləri milliyyətcə çeçen olan Berko Aslan Xasanoviç, İslamov İsa Əzrayıloviç, Əsədullayev Jembek Yunaitoviç, Dağıstanın Mahaçqala şəhərində yaşayan Qaziyev Arsen Yunisoviç, Türkiyədə doğulmuş Dalka Faruk Səlami, Yəməndə doğulmuş Məhəmməd Əhməd Səlim Həmdam saxlanılmış və Nəsimi rayon Polis idarəsinə gətirilmişlər.

Axtarış-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti