...

ATƏT MÜŞAHİDƏÇİLƏRİNİN YADDAŞ KİTABÇASINDA DƏYİŞİKLİKLƏR EDİLİB

Siyasət Materials 23 İyul 2005 15:03 (UTC +04:00)

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haquqları Bürosunun müşahidəçilər missiyası Azərbaycanda ATƏT-in Parlament Assambleyasının Vaşinqtonda keçirilən iyun sessiyasının qərarı əsasında hazırlanmış vahid standart əsasında çalışacaqlar. Bu barədə Trend ə ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən məlumat veriblər.

Müşahidəçilərin yaddaş kitabçasında edilən dəyişikliklər monitorinq missiyasının öz işini vahid beynəlxalq standartlar əsasında keçirməyə imkan verəcək.

Qeyd edək ki, ATƏT-in köhnə yaddaş kitabçaları son 5-6 ildə keçirilən monitorinq proseslərində istifadə olunub.

Xəbər lenti

Xəbər lenti