...

İLHAM ƏLİYEV ŞƏRM ƏL-ŞEYXDƏ BAŞ VERMİŞ TERROR AKTI İLƏ BAĞLI MİSİR PREZİDENTİNƏ BAŞSAĞLIĞI VERİB

Siyasət Materials 23 İyul 2005 15:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 23-də misirli həmkarı Məhəmməd Hüsni Mübarəkə Şərm Əl-Şeyx şəhərində çoxlu sayda insan itkisinə səbəb olan terror aktı ilə bağlı başsağlığı göndərib.

Trend in məlumatına əsasən, Prezident İlham Əliyevin məktubunda qeyd olunur ki, "Azərbaycan terrorla mübarizəni dəstəkləyərək onu qəti ittiham edir".

Azərbaycan dövlətinin başçısı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı bildirib, zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb.

Xəbər lenti

Xəbər lenti