...

TERROR AKTLARI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN HÖKUMƏTİ EKSPERTLƏRİNİN MİSİRƏ SƏFƏRİ UZUN MÜDDƏTƏ TƏXİRƏ SALINIB

Siyasət Materials 25 İyul 2005 12:39 (UTC +04:00)

Azərbaycan hökuməti ekspertlərinin iyulun 25-29-na Misirə planlaşdırılmış səfərləri uzun müddətə təxirə salınıb. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərin başqa naməlum vaxta keçirilməsi keçən həftə Misirdə törədilmiş terror aktları ilə əlaqədardır. Xatırladaq ki, Azərbaycanın nümayəndə heyəti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyanın II iclasının gündəliyinin razılaşdırılması ilə bağlı məsləhətləşmələr aparmaq üçün Qahirəyə səfər etməli idi. Səfirlikdən verilən məlumata görə, səfər avqustun 15-dən sonra baş tuta bilər.

Ekspertlər iqtisadi əməkdaşlıq üzrə hökumətləarası komissiyanın növbəti iclasının gündəliyini, iclasın gedişində imzalanacaq sazişlərin layihələrini işləyib hazırlamalı və razılaşdırmalıdırlar. Hazırda Azərbaycan və Misir arasında iqtisadi-ticarət və mədəni əlaqələrin inkişafı üzrə bir sıra ikitərəfli sənədlərin layihəsi hazırlanıb. Sənədlər kənd təsərrüfatı, ticarət, sənaye, tibb, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur. Onların bir hissəsi artıq razılaşdırılıb, lakin ayrı-ayrı bəndlərdə dəyişikliklər edilməlidir.

Komissiyanın iclası bu ilin payızında keçiriləcək. Komissiya həmçinin Azərbaycan və Misir arasında mal dövriyyəsinin həcminin artırılması imkanlarını müzakirə edəcək.

Xatırladaq ki, komissiyannın I iclası 2002-ci ilin oktyabrında Bakıda keçirilmişdi. Azərbaycan tərəfindən komissiyanın həmsədrləri Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, Misir tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə nazir xanım Faizə Əbül Naqadır.

Xəbər lenti

Xəbər lenti