...

ADP MÜASİR MÜSAVAT PARTİYASININ QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRƏCƏK

Siyasət Materials 25 İyul 2005 16:07 (UTC +04:00)

İyulun 27-də Azərbaycan Demokrat Partiyası (ADP) Müasir Müsavat Partiyasının(MMP) binası qarşısında piket keçirəcək. Bu haqda Trend ə ADP mətbuat xidmətindən bildirilib.

Məlumatda aksiyanın keçirilməsində məqsədin MMP-nin mətbu orqanı olan "Müasir Müsavat" qəzetində müxalifət liderlərinə qarşı əxlaqsız və mənaviyyatdan uzaq yazıların yer almasıdır.

"Dəfələrlə müraciət etməyimizə baxmayaraq, "Müasir Müsavat" qəzeti əxlaqsız materiallarını dərc etməkdədir. Son vaxtlar bu qəzetin səhifəlrində "Azadlıq" blokuna daxil olan partiyaların liderlərinə qarşı milli mentalitetimizə yad yazılar daha intensiv xarakter alıb.

Buna etiraz əlaməti olaraq MMP qərargahı qarşısında piket keçirililəcəyi ilə bağlı artıq Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.

Piketin ADP tərəfindən təşkil olunmasına baxmayaraq, aksiyada "Azadlıq" blokuna daxil olan partiyaların üzvlərinin də iştirak edəcəyi gözlənilir",-deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Xəbər lenti

Xəbər lenti