...

İLHAM ƏLİYEV: DÜŞMƏNLƏR BİLMƏLİDİR Kİ, AZƏRBAYCAN GÜCLÜDÜR VƏ ÖZ TORPAQLARINI HƏR VASİTƏ İLƏ AZAD EDƏ BİLƏR

Siyasət Materials 25 İyul 2005 16:18 (UTC +04:00)
İLHAM ƏLİYEV: DÜŞMƏNLƏR BİLMƏLİDİR Kİ, AZƏRBAYCAN GÜCLÜDÜR VƏ ÖZ TORPAQLARINI HƏR VASİTƏ İLƏ AZAD EDƏ BİLƏR

Düşmənlər bilməlidir ki, Azərbaycan güclüdür və öz torpaqlarını hər vasitə ilə azad edə bilər. Trend agentliyi bildirir ki, iyulun 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkənin şimal regionlarına səfəri zamanı bu bəyanatla çıxış edib.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mövzusuna toxunan prezident qeyd edib ki, son zamanlar ATƏT-in Minsk qrupu öz fəaliyyətini daha da təkmilləşdirib.

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın başlıca problemidir və həmin istiqamətdə mühüm qərarlar qəbul edilib.Dünya ictimaiyyəti həmin problemin həllinin mərhələli şəkildə labüdlüyünü qəbul edib"-deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, "Ermənistan bilməlidir ki, Azərbaycan güclüdür və onun istənilən anda ərazini işğaldan azad edə bilən qüdrətli ordusu vardır".

Dağlıq Qarabağ probleminin həlli üçün rəsmi Bakının istər iqtisadi, istərsə də diplomatik sahədə qüvvəsini səfərbər etdiyini qeyd edən Azərbaycan prezidenti bildirib ki, bununla paralel olaraq milli ordunun möhkəmləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verilir.

"Azərbaycanın hərbi gücünün möhkəmləndirilməsi üçün büdcənin ordu üçün xərcləri 70% artırılıb.Azərbaycan öz torpaqlarını hər vasitə ilə azad edəcək"-deyə prezident İlham Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti