...

"AZADLIQ" BLOKUNA DAXİL OLAN PARTİYALAR ÜMUMRESPUBLİKA MİTİNQİ KEÇİRƏCƏK

Siyasət Materials 25 İyul 2005 16:20 (UTC +04:00)

İyulun 30-31-də "Azadlıq" blokuna daxil olan partiyalar ümumrespublika mitinqi keçirəcək. Bu barədə Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının (AXCP(i)) sədri Əli Kərimli Trend ə bildirib. Onun sözlərinə görə, aksiyalar Azərbaycanın bir çox bölgələrində keçiriləcək.

"Mitinqlər Lənkəran,Sabirabad, Göyçay, Saatlı, Gəncə , Kürdəmir , İmişli və digər şəhər və rayonlarda keçiriləcək. Biz mitinqlərin keçirilməsi ilə bağlı yerli şöbələrimizə müstəqillik vermişik.

Onlar mitinqin keçirilməsinin gününü artıq özləri təyin edirlər. Hesab edirəm ki, minlərlə insanın qatılacağı bu mitinqlər tezliklə Azərbaycanın bütün bölgələrində keçiriləcək",- deyə Əli Kərimli vurğulayıb.

AXCP(i) sədrinin sözlərinə görə, bölgələrdəki mitinqlər keçirilib başa çatdıqdan sonra, "Azadlıq" blokuna daxil olan partiyalar paytaxtda mitinqlərin keçirilməsi vaxtını müəyyənləşdirəcək.

Əli Kərimli bildirib ki, "Azadlıq" seçki bloku parlament seçkisində iştirak edəcək 100 namizədini artıq müəyyənləşdirib. Onun sözlərinə görə, hazırda qalan digər 24 dairədən irəli sürüləcək namizədlərin adları dəqiqləşdirilməkdədir.

Xəbər lenti

Xəbər lenti