...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ İƏT XİN ŞURASININ İCLASINDA İŞTİRAK EDƏCƏK

Siyasət Materials 25 İyul 2005 18:14 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzvü ölkələrinin xarici işlər nazirləri Şurasının (XİNŞ) avqustun 20-də Astanada keçirilməsi planlaşdırılmış 15-ci iclasının gündəliyinə təxminən 15 məsələ daxil ediləcək.Bu barədə Trend agentliyinə Azərbaycan XİN-də bildirilib.

İlkin variantda iclasın proqramına iyunun 24-25-də İranın Kəşm adasında İƏT daimi nümayəndələri Şurasının iclasında baxılıb.Forumun işində İƏT üzvü ölkələrinin İrana akkreditə olunmuş səfirliklərinin nümayəndələri iştirak edib və region dövlətləri arasında ticari-iqtisadi əməkdaşlığın inkişafının gələcək yolları, o cümlədən İƏT-nin 2004-cü il ərzində maliyyə hesabatı, İƏT mühəndis-məsləhətləşmə şirkətinini yaradılması layihəsi, ECOTA adlı ticarət sazişinin yeni layihəsi və digər məsələlər nəzərdən keçirilmişdir.

İƏT-nin (EKO) tərkibinə 300 mln.-dan çox əhalisi olan 10 ölkə daxildir.Təşkilat 1985-ci ildə üç ölkə - Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb.Sonradan 1995-ci ildə iqtisadi birliyə postsovet məkanında beş ölkə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan, sonuncu isə Əfqanıstan qoşuldu.

Xəbər lenti

Xəbər lenti