...

ARİF HACILININ APELLYASİYA MƏHKƏMƏSİ İYULUN 29-DA DAVAM ETDİRİLƏCƏK

Siyasət Materials 26 İyul 2005 12:35 (UTC +04:00)

İyulun 26-da Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Arif Hacılının üzərindən məhkumluğun götürülməsinə dair şikayətinə baxılıb. Trend in məlumatına görə, hakim Salman

Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokurorluğun nümayəndəsi çıxış edərək bildrib ki, A.Hacılının üzərindən məhkumluğu götürülməməlidir.

Onun çıxışından sonra hakim bildirib ki, iddiaçı tərəfin öz fikirlərini əsaslandırması üçün əlavə şahidlərin dindirilməsi lazımdır. Bu səbəbdən də hakim S.Hüseynov məhkəmə prosesini iyulun 29-u saat 15.00-a təxirə salınmasına dair qərar çıxarıb. İyulun 29-da keçiriləcək iclasa əlavə şahidlər çağırılacaq.

Qeyd edək ki, Müsavat Partiyası başqanının digər müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun da üzərindən məhkumluğunun götürülməsinə dair şikayətinə iyulun 29-da Apellyasiya Məhkəməsində hakim Yelmar Abdullayevin sədrliyi ilə keçirilən iclasda baxılacaq.

Qeyd edək ki, Müsavat başqanının hər iki müavini 2003-cü il prezident seçkisindən sonra baş verən hadisələrlə əlaqədar həbs olunublar və 2005-ci ildə əfv fərmanı ilə azadlığa çıxıblar.

Xəbər lenti

Xəbər lenti