...

İLHAM ƏLİYEV: SABİTLİK AZƏRBAYCANDA İQTİSADİ ARTIMIN RƏHNİDİR

Siyasət Materials 26 İyul 2005 14:01 (UTC +04:00)
İLHAM ƏLİYEV: SABİTLİK AZƏRBAYCANDA İQTİSADİ ARTIMIN RƏHNİDİR

Azərbaycanda vəziyyətin sabitliyi ölkədə iqtisadi artımın rəhnidir. Trend in məlumatına görə, belə bir bəyanatla dövlət başçısı İlham Əliyev iyulun 26-da Azərbaycanın Xaçmaz rayonun sakinləri qarşısında çıxış edib.

Dövlət başçısının fikrincə, respublikanın regionlarında yaşayan əhalinin məişət problemlərinin həlli birbaşa olaraq ölkənin iqtisadi inkişafı ilə əlaqədardır.

"Vətəndaşlarla görüş və onların ən mühüm problemlərinin həll edilməsi mənim işimin ayrılmaz hissəsidir", - deyə İlham Əliyev bildirib. O qeyd edib ki, son illər Xaçmaz rayonunda sakinlərin sosial şəraitini yaxşılaşdırmağa imkan verən böyük işlər görülüb.

Ölkə rəhbəri bildirib ki, 2006-cı iləd Xaçmazda respublikanın bütün şimal rayonlarını elektrik enerjisi ilə təminatını ödəyən yeni elektrik stansiyasının tikintisi planlaşdırılır.

İlham Əliyevin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın digər regionlarında elektrik stansiyalarının tikilməsi nəzərdə tutulub.

Prezident qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan layihələşdirilməsinin reallaşdırılması sayəsində ölkə büdcəsinə iri məbləğdə maliyyə vəsaitinin toplaşmasına imkan yaranacaq ki, bu da respublikada özəl sektorun inkişafı üzrə kompleks tədbirlər görməyə, həmçinin əmək haqlarının arıtılmasına imkan verəcək.

Sonda Azərbaycan prezidenti qeyd edib ki, respublikanın bütün şimal rayonlarının məktub və müraciətləri nəzərdən kençiriləcək və onların əsasında müvafiq tədbirlər qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti