...

MOLDOVA AZƏRBAYCANDA SƏFİRLİYİNİ AÇACAQ

Siyasət Materials 26 İyul 2005 14:32 (UTC +04:00)

Moldova Azərbaycanda səfirliyini açmağı planlaşdırır. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Bakıda Moldovanın səfirliyinin açılması məsələsi hələ keçən il oktyabrın 26-27-də Moldova prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri zamanı müzakirə olunmuşdu. Bu barədə konkret olaraq 2005-ci il aprelin 20-22-də prezident İlham Əliyevin Kişinyova səfəri zamanı bəyan edilib. Hazırda Moldova hökumətində diplomatik nümayəndəliyin açılmasının texniki məsələləri müzakirə olunur.

Qeyd edək ki, Azərbaycanın Ukrayna və Belorusiyadakı səfiri Tələt Əliyev eyni zamanda Azərbaycanın Moldovadakı səfirinin funksiyalarını icra edir və İsfəndiyar Vahabzadə yeni səfir təyin olunduğundan onun bu missiyası başa çatır.

Xəbər lenti

Xəbər lenti