...

DAB SOVET PASPORTLARININ İSTİFADƏ MÜDDƏTİNİN ARTIRILMASI İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİB

Siyasət Materials 26 İyul 2005 19:20 (UTC +04:00)

"Demokratik Azərbaycan" Seçki Blokunun(DAB) Sədrlər Şurasının növbəti toplantısında keçmiş sovet pastortlarının ölkə ərazisində istifadə müddətinin artırılması ilə bağlı dövlət başçısına müraciət ünvanlanmışdır.

Bu haqda Trend ə DAB-dan bildirilmişdir. Məlumatda, seçki blokuna daxil olan partiyalar adından eyni müraciətin həmçinin, Milli Məclisə də göndərildiyi bildirilmişdir.

"Seçkilərə az müddət qalmasına baxmayaraq ölkə vətəndaşlarının müəyyən hissəsi hələ də şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Keçmiş sovet pasportlarının vaxtının bitməsi isə çoxsaylı seçicini parlament seçkilərindən kənarda qoya bilər.

Bunları nəzərə alaraq, belə hesab edirik ki, ya ölkədə sovet pasportlarından istifadə olunmasının vaxtı uzadılmalı, ya da əlaqədar orqanlar tərəfindən vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi prosesi sürətləndirilməlidir"- deyə müraciətdə vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti