...

MÜSAVAT BAŞQANI TÜRKİYƏ SƏFƏRİNİ BAŞA VURUB

Siyasət Materials 26 İyul 2005 20:01 (UTC +04:00)

İyulun 26-da Müsavat Partiyasının(MP) başqanı İsa Qəmbər Türkiyə səfərini başa vuraraq Bakıya qayıtmışdır. Bu haqda MP mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, MP başqanının Türkiyə səfəri qısamüddətli olmuşdur.

"Müsavat başqanı İsa Qəmbər Türkiyədə işgüzar səfərdə olmuşdur. O, burada bir sıra görüşlərdə iştirak etmişdir.Görüşlərdə ölkədəki ictimai-siyasi durum, parlament seçkilərinə hazırlıq və digər məsələlər müzakirə olunmuşdur",-deyə M.Cavadoğlu bildirmişdir.

Mətbuat xidmətinin rəhbəri MP başqanının Türkiyəyə səfəri çərçivəsində görüşdüyü şəxslərin KİV üçün açıqlanmağa ehtiyac olmadığını demişdir.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər Türkiyəyə iyulun 25-də yola düşmüşdür.

Xəbər lenti

Xəbər lenti