...

GUAM PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ İCLASI DEKABRDA TİFLİSDƏ KEÇİRİLƏCƏK

Siyasət Materials 27 İyul 2005 17:43 (UTC +04:00)

GUAM parlament assambleyasının (PA) növbəti iclası dekabrın birinci yarısında Tiflisdə keçiriləcək. Bu barədə Trend ə Azərbaycan XİN-in diplomatik mənbələrindən məlum olub.

İclasda GUAM-a daxil olan ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) arasında parlament əməkdaşlığının genişləndirilməsi, təşkilatın nizamnaməsinə əlavələrin edilməsi və təşkilati məsələlər müzakirə olunacaq. İclasda Azərbaycanı Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

GUAM PA-nın təsis iclası 2004-cü ilin sentyabrında Kiyevdə keçirilib. Təşkilatın qərargah mənzili Kiyevdə yerləşir.

GUAM 1997-ci ildə Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova tərəfindən yaradılıb. Özbəkistan GUAMA 1999-cu ildə daxil olub, 2005-ci ildə isə bu təşkilatdan çıxması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti