...

"AZƏRBAYCAN TƏRƏQQİ ALYANSI" SEÇKİ BLOKU QEYDİYYATA ALINIB

Siyasət Materials 27 İyul 2005 18:19 (UTC +04:00)

Bu il noyabrın 6-da keçiriləcək parlament seçkisində iştirakla əlaqədar "Azərbaycan Tərəqqi Alyansı" siyasi partiyalar bloku və Dirçəliş Partiyası iyulun 27-də Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınıb.

Bu barədə Trend ə MSK-dan məlumat verilib. İyulun 27-də keçirilən iclasda MSK-nın katibi Natiq Məmmədov qeydiyyat üçün müraciət etmiş bu qurumlar barədə məruzə edib.

O, "Azərbaycan Tərəqqi Alyansı" siyasi partiyalar blokunun və Dirçəliş Partiyasının sənədləri, emblemləri, səlahiyyətli nümayəndələri barədə məlumat verib.

Müraciətlər səsə qoyulub və "Azərbaycan Tərəqqi Alyansı" siyasi partiyalar bloku ilə Dirçəliş Partiyasının qeydiyyata alınmasına dair qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti