...

"AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKUNUN 70-Ə YAXIN NAMİZƏDİ OLACAQ

Siyasət Materials 28 İyul 2005 16:34 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr" Seçki Bloku parlament seçkisində iştirak edəcək 56 nəfər namizədini müəyyənləşdirib. Bu barədə Trend ə blokun Seçki Qərargahının rəhbəri Rövşən Əhmədli məlumat verib. O bildirib ki, 56 seçki dairəsi üzrə namizədlər dəqiqləşib, təxminən 10 seçki dairəsi üzrə isə mübahisəli vəziyyət yaranıb.

Çünki bir neçə rayonda seçki dairələrinin inzibati ərazi bölügüsündə dəyişikliklər edilib. Ümumilikdə "Azərbaycançı Qüvvələr" Seçki Blokunun 70-ə yaxın namizədi olacaq.

Bloka daxil olan partiyaların rəhbərləri də öz seçki dairələrini müəyyən ediblər. İslam Partiyasının sədri Hacıağa Nuri 28 saylı Sabunçu dairəsindən, Vəhdət Partiyasının sədri Tahir Kərimli 87 saylı Ağsu dairəsindən, Birlik Partiyasının sədri Xudadat Xuduyev 24 saylı 1-ci Nizami dairəsindən, Xalq Dirçəliş Partiyasının sədri Azər Qasımzadə 18 saylı Yasamal, blokun Seçki Qərargahının rəhbəri Rövşən Əhmədli isə 88 saylı Göyçay seçki dairəsindən namizədliyini irəli sürürlər.

Qeyd edək ki, H.Nurinin namizədliyini verdiyi dairədən Müsavat Partiyasının başqan müavini Rauf Arifoğlu, X.Xudiyevin dairəsindən AXCP (islahatçılar) sədrinin müavini Nurəddin Məmmədli, R.Əhmədlinin irəli sürüldüyü Göyçaydan isə Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev də namizədliyini verib.

Xəbər lenti

Xəbər lenti