...

"YENİ SİYASƏT" BLOKUNUN SEÇKİDƏ 78 NƏFƏR NAMİZƏDİ İŞTİRAK EDƏCƏK

Siyasət Materials 28 İyul 2005 18:57 (UTC +04:00)

"Yeni Siyasət" blokunun parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısı təsdiqlənib. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib. İyulun 28-də blokun Koordinasiya Şurasının iclası keçirilib və namizədlər siyahısı ətrafında müzakirələr aparılıb. Koordinasiya Şurasının qərarına əsasən, "Yeni Siyasət" blokunun parlament seçkisində 78 nəfər namizədi mübarizə aparacaq.

Qalan seçki dairələrindən isə irəli sürüləcək namizədlər digər seçki blokları ilə məsləhətləşmələrdən sonra müəyyən ediləcək. Müttəfiq seçki blokları və partiyaları ilə razılaşmalar əldə olunandan sonra həmin namizədlərin adları açıqlanacaq.

Blokda təmsil olunan partiya rəhbərlərindən - AMİP sədri Əli Əliyev 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, AMİP lideri Etibar Məmmədov 16 saylı Yasamal 2-ci, ASDP lideri ayaz Mütəllibov 17 saylı Yasamal 3-cü, ASDP həmsədri Araz Əlizadə 45 saylı Abşeron, Milli Hərəkat Partiyasının sədri Samir Cavadov 9 saylı Binəqədi, "Azad Demokratlar Birliyi" Partiyasının sədri Əli Məsimli 113 saylı Şəki şəhər, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov 15 saylı Yasamal, Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti