...

"MÜSTƏQİL MEDİA - 2005" SEÇKİ BLOKUNUN İKİ ÜZVÜ EYNİ DAİRƏDƏN NAMİZƏDLİYİNİ VERİR

Siyasət Materials 28 İyul 2005 19:43 (UTC +04:00)

"Müstəqil Media-2005" Seçki Blokunun iki üzvü eyni seçki dairəsindən namizədliyini irəli sürür. Etibarlı mənbədən Trend ə verilən məlumata görə blok üzvləri- "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı ilə "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili hər ikisi 119 saylı Ağdam kənd dairəsindən namizədliyini irəli sürməyə qərar verib. Bu məsələ ilə bağlı müraciət etdiyimiz Xoşqədəm Hidayətqızı həmin məlumatı təsdiqləyib.

O, bildirib ki, özü namizədliyini irəli sürmək üçün artıq 119 saylı Ağdam kənd seçki dairəsinə müraciət edib və bir neçə gündən sonra oradan imza vərəqəlrini götürəcək.

Asif Mərzilinin də həmin dairədən namizəd olacağını təsdiq edən X.Hidayətqızının sözlərinə görə, bu məsələ ilə bağlı aralarında müzakirə aparıblar: "Biz razılığa gəldik ki, seçki prosesinin gedişindən asılı olaraq sonda birimiz güzəştə gedək.

Kimin həmin dairədən namizədliyini geri götürəcəyi isə aparılan təbliğat kampaniyasından və vəziyyətin gedişatından asılı olacaq. Asif Mərzilinin öz təbliğatını necə quracağını bilmirəm, amma mən bu seçki prosesində öz gücümü göstərə biləcəyimə əminəm"-deyə baş redaktor bildirib.

X.Hidayətqızının sözlərinə görə, Ağdam üzrə 3 seçki dairəsi olduğundan Asif Mərzili digər seçki dairəsindən namizədliyini verə bilər. Lakin əgər o, qərarını dəyişməsə və hər iki redaktor eyni dairədən seçkiyə qatılsa, media blokunun üzvləri bir-birinə kömək etmək şərtilə rəqabət aparacaqlar: "Çünki çeçkiyə qatılanda həm qalib gəlməyi, həm də məğlub olmağı göz önünə gətirirsən. Mən bunların hər ikisinə hazıram"-deyə X.Hidayətqızı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti