...

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİ AZƏRBAYCANA OTELLƏR TİKMƏYİ TƏKLİF EDİR

Siyasət Materials 29 İyul 2005 10:48 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyat və turizm naziri Dərviş Dəniz ölkə iqtisadiyatına daha çox investisiyanın cəlb olunması üçün azərbaycan şirkətlərinə otellər tikməyi təklif edib. Trend in xüsusi müxbirinin məlumatına görə, bu barədə nazir azərbaycanlı sahibkarlarla görüşdən sonra bildirib.

O qeyd edib ki, Şimali Kipr hökuməti müxtəlif növ vergi və digər güzəştlər təklif edir.

Onun sözlərinə görə, Şimali Kiprin iqtisadiyyatı, o cümlədən turizm inkişaf etməkdədir. İqtisadiyyat naziri həmçinin onu da vurğulayıb ki, hər il Şimali Kiprə Böyük Britaniyadan 100 min turist gəlir. Bundan başqa, Almaniya, İtaliya və Skandinaviya ölkələrindən gələn turistlərin sayı xeyli artmaqdadır.

"Hazırda bizim otellərdə 11 min yer var, onların 7 mini yaxşı vəziyyətdədir. Lakin Şimali Kiprə gələn turistlərin sayı artmaqda davam edir və buna görə də yaxın bir neçə il ərzində yerlərin sayı 45 minə qədər artırılacaq", - deyə D.Dəniz bildirib.

O əlavə edib ki, Şimali Kiprin iqtisadiyyatında investisiyaların cəlb olunduğu daha uğurlu sahə universitetlərin tikintisi, inşaat sektorudur, belə ki, respublikada ixtisaslı kadrlara böyük ehtiyac var.

D.Dəniz bildirib ki, Şimali Kipr Azərbaycanla ikiqat verginin ödənilməməsinə yönəldilmiş saziş imzalamağa hazırdır, belə ki, bu investorlar üçün faydalıdır. Belə praktika həmçinin ingilis şirkətləri ilə əməkdaşlıqda da tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti