...

HIFAB TACIS MİLLİ ƏLAQƏLƏNDİRMƏ BÜROSUNUN ĞİZNES MƏSƏLƏHƏTLƏŞMƏLƏRİ ÜZRƏ MÜSABİQƏSİNDƏ QALİB GƏLİB

Siyasət Materials 29 İyul 2005 13:36 (UTC +04:00)

Avropa İttifaqının Tacis yardım proqramının Milli Koordinasiya Bürosunun (MKB) biznes məsləhətləşmələri xidmətinin göstərilməsi üzrə tenderə yekun vurulub. Tacis Koordinasiya Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məloumata görə, tenderin qalibi Hifab konsorsiumu elan edilib ki, o bundan sonra 2005-ci il avqustun 1-dən 2007-ci ilin iyuluna kimi (Tacis proqramının başa çatdığı vaxt) MKB biznes məsləhətləşmələrini həyata keçirəcək. İşlərin yerinə yetirilməsi üzroə artıq müqavilə imzalanıb. Müqavilənin məbləği 1 milyon avrodur. Tacisin MKB-nun layihəsi çərçivəsində müvafiq treninqlər və məsləhətləşmələr həyata keçirilicək.

Hifab konsorsiumu Tacis MKB üçün artıq çoxdan belə xidmətlər yerinə yetirir. Lakin bundan əvvəl bu işlərin yerinə yetirilməsi üçün tender elan edilməyib və Hifab konsorsiumu ilə müqavilə hər il yenidən bağlanırdı.

Xəbər lenti

Xəbər lenti