...

GƏNCƏ ŞƏHƏRİ RESPUBLİKA ÜZRƏ DAHA ÇOX EKOLOGİ GƏRGİN ƏRAZİLƏRƏ MALİKDİR

Siyasət Materials 29 İyul 2005 17:12 (UTC +04:00)

Qafqaz üzrə Regional Ekologi Mərkəzin 2005-ci il üçün hazırladığı "Ətraf mühitin durumu haqqında" hesabatında Gəncə şəhəri respublika üzrə daha çox ekologi gərgin ərazilərə malik, atmosferi kimyəvi tullantılarla çirklənmiş ərazi hesab olunur.

Şəhərdə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 452 ədəd təşkil etmiş, həmin çirkləndirici mənbələrə malik müəssisələr tərəfindən indiyədək 60657 ton tullantı maddə atılıb.

Atmosfer havasını çirkləndirən, müxtəlif obyektlər tərəfindən zərərləşdirilmədən atılan zərərli tullantıların miqdarı 3697 ton olub, ötən illərlə müqayisədə 80 faiz artıb.

Hesabata görə, il ərzində Gəncədə atmosferə 3961 ton çirkləndirici maddə atılıb. Bu maddələrin 263 tonu bərk, 3659 tonu qazabənzər və maye şəklindədir. Zərərli birləşmələr arasında kükürdlü maddələr üstünlük təşkil edir.

Xəbər lenti

Xəbər lenti