...

DAHA İKİ VƏKİL VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLÜYÜNDƏN ÇIXARILDI

Siyasət Materials 29 İyul 2005 17:39 (UTC +04:00)

İyulun 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iki üzvü, 12 saylı hüquq məsləhətxanaısının vəkilləri Namizəd Səfərov və Hidayət Süleymanov kollegiyanın üzvlüyündən çıxarılıb. Bu barədə məlumatı Trend ə vəkil Namizəd Səfərov verib.

Onun sözlərinə görə, Kollegiya üzvlüyündən çıxarılmalarına səbəb işlədikləri 12 saylı hüquq məsləhətxanasında keçirilmiş iclasda iştirak etmələri olub.

Belə ki, vəkillər iclas keçirərək son vaxtlar məsləhətxanadakı durumu müzakirə ediblər. İclasdan bir gün sonra isə eşidib ki, onu və məsləhətxanaın digər vəkili Hidayət Süleymanovu Vəkillər Kollegiyasının üzvlüyündən xaric ediblər.

N.Səfərov: "Sirr deyil ki, bu yaxınlarda12 saylı məsləhətxananın sədri Rəşid Bagiyevin vəfatından sonra həmin vəzifəyə kimin təyin edilməsi ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə məsləhətxana işçiləri arasında fikir ayrılığı yaranıb.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məsləhətxanaya sədrin seçki yolu ilə təyin ediləcəyini bildirmişdi. Bizsə iyulun 12-də iclas keçirərək məsləhətxanın vəkili Lətifə Əliyevanı sədr vəzifəsinə seçmişdik. Bundan dərhal sonra Lətifə Əliyeva Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldı".

Bundan sonra Namizəd Səfərov məsləhətxana daxilində yaranmış gərginlikdən azad olmaq üçün başqa yerdə ofis kirayələyib və fəaliyyətini davam edib.

Dünənsə məsləhətxanaya gələrək son vaxtlar baş verənlər ətrafında müzakirələrlə bağlı keçirilən iclasda iştirak edib. N.Səfərov: "Bu gün də məlum oldu ki, iclasda Vəkillər Kollegiyasının və onun sədri Azər Tağıyevin mövqeyini tənqid etdiyimizə görə həm məni, həm də Hidayət Süleymanovu Kollegiyanın üzvlüyündən xaric ediblər".

N.Səfərov onu da bildirdi ki, Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmalarını qanunsuz hesab etdiklərinə görə Kollegiyaya bərpa olunmaları iddiası ilə yaxın günlərdə məhkəməyə müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti