...

AZƏRBAYCAN VƏ RF-NİN HƏŞTƏRXAN VİLAYƏTİ İKİ SAZİŞ İMZALAYACAQ

Siyasət Materials 29 İyul 2005 17:56 (UTC +04:00)

Azərbaycan hökuməti ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin administrasiyası arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlığa dair saziş layihəsi işlənib-hazırlanır.Bu barədə "Tpend" agentliyinə AR Nazirlər Kabinetində bildirilib.

Sənəd Azərbaycanla Həştərxan arasında maşınqayırma, yanacaq-energetika, aqrar-sənaye və iqtisadiyyatın digər sahələri, o cümlədən istehsal, texniki, elmi və humanitar sahələrdə ticari-iqtisadi və elmi-texniki əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Saziş layihəsi artıq baxılmaq üçün Həştərxan adminqistrasiyasına təqdim edilib və ola bilsin ki, Həştərxandan Azərbaycana gələn nümayəndə heyətinin səfəri çərçivəsində imzalansın.

Hökumətdə bildirilib ki, anoloji sazişlər Rusiya Federasiyasının bir sıra subyektləri: Moskva hökuməti, Moskva, Svepdlovski, Leninqpad vilayətləri, eləcə də Kalmıkiya,Tatapıstan, Dağıstan respublikaları və d. imzalanıb.

Xəbər lenti

Xəbər lenti