...

UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRİNİN DİPLOMATİK MİSSİYASI BAŞA ÇATIR

Siyasət Materials 30 İyul 2005 14:32 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycandakı səfiri Anatoli Yurçenko ilə görüşüb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib.

Səfir Azərbaycanda işlədiyi dövrdə ona göstərilən köməyə və faydalı əməkdaşlığa görə minnətdarlığını bildirib, Ukrayna və Azərbaycan arasında dostluq münasibətlərinin gələcəkdə də inkişafına və genişləndirilməsinə əmin olduğunu vurğulayıb. O, hər iki ölkənin bütün sahələrdə, xüsusilə energetika sahəsində əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

AR XİN başçısı bir çox məsələlərdə hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü qeyd edərək Ukrayna və Azərbaycan arasında mövcud dərin münasibətlərin böyük gələcəyi olduğunu vurğulayıb. Nazir səfir A.Yurçenkoya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti