...

ŞƏXSİYYƏT VƏSİQƏSİ PROBLEMİNİN HƏLLİ ÜÇÜN DÖVLƏT NEFT FONDUNUN VƏSAİT AYIRMASI TƏKLİF OLUNUR

Siyasət Materials 30 İyul 2005 15:09 (UTC +04:00)

Azərbaycan hökuməti şəxsiyyət vəsiqəsi olmayan kasıb təbəqənin üzvləri üçün öz büdcəsindən vəsait ayırmalıdır. Trend in məlumatına görə, bu təkliflə Azərbaycan Liberal Demokrt Partiyasının (ALDP) sədri Fuad Əliyev çıxış edib.

Onun fikrincə, bu vəsaiti Dövlət Neft Fondunun hesabından ödəmək olar. "Parlament seçkilərinin demokratik, ədalətli keçirilməsi, seçicilərin səsvermə günü məntəqələrə gəlməsi üçün Azərbaycan hökuməti qısa zamanda seçiciləri şəxsiyyət vəsiqələri ilə təmin etməlidir.

ALDP hesab edir ki, Azərbaycan hökuməti atacağı bu addımla sözlə yox, əməllə seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində real addım atmış olduğunu sübut edə bilər"-deyə Fuad Əliyev bildirib.

Partiya sədri qeyd edib ki, seçicilərin böyük bir hissəsi hələ də imkansızlıq üzündən şəxsiyyət vəsiqələrini ala bilmir, Daxili İşlər Nazirliyinin pasport şöbələri əsassız növbələr yaradırlar.

F.Əliyev vurğulayıb ki, seçki ərəfəsində vətəndaşların şəxsiyyət vəsiqələrini əldə edə bilməməsi seçicilərin birbaşa hüquqlarının pozulmasına, onların parlament seçkilərinin ədalətli, demokratik keçirilməsinə inamını azaldır.

Xəbər lenti

Xəbər lenti