...

GƏNCƏ AVTOMOBİL ZAVODU UAZ MARKALI AVTOMOBİLLƏRİN YIĞILMASI ÜÇÜN İLK EHTİYAT HİSSƏLƏRİ DƏSTLƏRİNİ ALIB

Siyasət Materials 1 Avqust 2005 16:50 (UTC +04:00)
GƏNCƏ AVTOMOBİL ZAVODU UAZ MARKALI AVTOMOBİLLƏRİN YIĞILMASI ÜÇÜN İLK EHTİYAT HİSSƏLƏRİ DƏSTLƏRİNİ ALIB

Avqustun 1-də Gəncə avtomobil zavodu Ulyanovsk avtomobil zavodu ilə bağlanılmış müqavilə çərçivəsində avtomobillərin yığılması üçün ilk ehtiyat hissələr dəstini alıb.

Zavodun direktoru Xanlar Fətiyevin Trend ə eksklüziv olaraq bildirdiyinə görə, UAZ avtomobillərinin yığılmasına cari ilin avqustunda başlanacaq. Birinci partiya çərçivəsində 20 avtomobilin yığılması planlaşdırılır.

Gəncə avtomobil zavodu cari ilin may ayında Ulyanovsk avtomobil zavodu ilə Baş saziş imzalayıb. Bu saziş belə tipli ikinci sənəd olub. Əvvəllər analoji sənəd KAMAZ avtomobil zavodu ilə imzalanmışdı. Hazırda bu zavodun "Oka" markalı avtomobilləri Gəncə avtomobil zavodunda yığılır.

Xəbər lenti

Xəbər lenti