...

AVQUSTUN 30-DA ABŞ SENATININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 1 Avqust 2005 17:07 (UTC +04:00)
AVQUSTUN 30-DA ABŞ SENATININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK

Avqustun 30-da Amerikanın İndiana ştatından olan respublikaçı -senator Riçard Luqarın (Richard G. Lugar) başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə Trend agentliyinə ABŞ-nın Bakıdakı səfirliyində bildirilib.

Səfər çərçivəsində Azərbaycanda demokratik institutların təşəkkülü və inkişafı məsələləri müzakirə ediləcək, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda müştərək layihələrin gerçəkləşdirilməsi üzrə fikir mübadiləsi aparılacaq.

Sentyabrın 2-dək Bakıda olacaq nümayəndə heyətinin tərkibinə həm də İllinois ştatında demokratik partiyadan olan Barak Obama (Barack Obama) daxildir.

Xəbər lenti

Xəbər lenti