...

İRAN AZƏRBAYCANLA İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ KOMİSSİYANIN YENİ TƏRKİBİNİ MÜƏYYƏN ETMƏYİB

Siyasət Materials 2 Avqust 2005 13:17 (UTC +04:00)

İran Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın yeni tərkibini hələ müəyyən etməyib. İran mənbələrindən Trend ə bildirildiyi kimi, bunun səbəbi yeni dövlət başçısının seçilməsindən sonra yeni hökumətin formalaşmaması ilə bağlıdır.

Komissiyanın növbəti iclasının yeni hökumətin və müvafiq olaraq komissiyanın yeni tərkibinin formalaşmasından sonra keçiriləcəyi gözlənilir. Bu isə payızdan tez baş verməyəcək. Bu qərar birgə komissiyanın sonuncu iclasında qəbul edilib.

Xatırladaq ki, əvvəlki hökumətdə komissiyanın həmsədri İranın kooperasiya naziri Əli Sufi idi.

Xəbər lenti

Xəbər lenti