...

"YENİ SİYASƏT" BLOKU BU HƏFTƏ NÖVBƏTİ ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALAYACAQ

Siyasət Materials 2 Avqust 2005 14:18 (UTC +04:00)

"Yeni Siyasət" bloku bu həftə digər seçki bloklarından biri ilə ikitərəfli əməkdaşlıq sazişi imzalayacaq. Bu barədə Trend ə "Yeni Siyasət" seçki blokundan məlumat verilib. Hazırda bloklar arasında danışıqlar gedir, məsləhətləşmələr aparılır.

Qeyd edək ki, 124 dairədən artıq 78 namizədini müəyyən etmiş "Yeni Siyasət" bloku qalan seçki dairələri üzrə namizədlərini digər seçki blokları və siyasi partiyalarla razılaşdarıcaq. "Azadlıq" bloku ilə əməkdaşlıq sazişi bağlamaq üçün müzakirələr gedir.

Bununla bağlı "Azadlıq"dan cavab gözəyən "Yeni Siyasət" blokunun bu həftə ərzində növbəti əmədaşlıq sazişinin imzalanacağı gözlənilir. Qeyd edək ki, ötən həftə "Yeni Siyasət"lə "Demokratik Azərbaycan" seçki blokları arasında saziş imzalanmışdı.

Xəbər lenti

Xəbər lenti