...

RUSİYADAN QAZ VERİLMƏSİ BƏRPA EDİLİB

Siyasət Materials 3 Avqust 2005 17:41 (UTC +04:00)
RUSİYADAN QAZ VERİLMƏSİ BƏRPA EDİLİB

Bu gün saat 16:30-da "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə srukturu) Azərbaycanda avqustun 3-də saat 11:15-də dayandırılmadan sonra qaz tədarükünü bərpa edib. Bu barədə Trend agentliyinə yanacağın alıcısı olan ARDNŞ-də bildirilib.

Bəzi məlumatlara görə, Mozdok-QazıMəmməd qaz kəməri ilə Azərbaycana verilən Rusiya qazı kəmərdə bombaya bənzəyən əşyanın aşkar edilməsi səbəbindən dayandırılıb.

Güman edilən partlayıcı qurğu Mahaçqalanın cənubunda qaz kəmərinin 7 km-də aşkar edilib.Bundan sonra Azərbaycana, eləcə də yaxın rayonlara qazın verilməsi dayandırılıb.

ARDNŞ-də bildirilib ki, avqustda "Qazeksport" Azərbaycana 280 mln. m3 qaz verəcək.

2005-ci ilin yanvar-iyulunda "Qazeksport" Azərbaycana 2,95 mlrd. m3 qaz verib ki, bu da 2004-cü ilin anoloji dövründə nəql edilən qazdan 185 mln. m3 çoxdur.

İyulda "Qazeksport" Azərbaycana 350,6 mln. m3 qaz tədarük edib ki, bu da 2005-ci ilin iyun ayı ilə müqayisədə 16,5 mln. m3 az, 2004-cü ilin iyul ayı ilə müqayisədə isə 284,4 mln. m3 çoxdur.

Xəbər lenti

Xəbər lenti