...

"DEMOKRATİK AZƏRBAYCAN" SEÇKİ BLOKU KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ VƏ MSK-YA MÜRACİƏT EDƏCƏK

Siyasət Materials 3 Avqust 2005 17:53 (UTC +04:00)

"Demokratik Azərbaycan" Seçki Bloku parlament seçkisində 60 namizədlə iştirak edəcək. Bu barədə Trend ə Seçki Blokundan məlumat verilib. Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınmış blok namizədlər siyahısını da təsdiqləyib.

Sentyabr ayında isə Demokratik Azərbaycan Seçki Bloku Bakıda və bölgələrdə kütləvi aksiyalar keçirəcək. "Demokratik Azərbaycan" digər seçki blokları ilə də əməkdaşlıq edəcək.

Artıq "Yeni Siyasət" bloku ikitərəfli saziş imzalamış blok "Azərbaycançı Qüvvələr" və digər seçki blokları ilə də fəaliyyətini koordinasiya etməsi gözlənilir.

"Demokratik Azərbaycan" bloku həmçinin vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmaması ilə bağlı avqustun 4-də Konstitusiya Məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Blokun sənədin bildirilir ki, seçki ərəfəsində Azərbaycanda şəxsiyyət vəsiqələri ilə təmin olunmamaq vətəndaşların həm seçici kimi hüquqlarını pozur, həm də seçilmək imkanlarını məhdudlaşdırır.

Buna görə də "Demokratik Azərbaycan" Seçki Bloku Konstitusiya Məhkəməsindən və MSK-dan bu problemin həlli üçün tədbirlər görülməsini, vətəndaşların şikayətlərinə baxılması və müvafiq addımlar atılmasını xahiş edir.

Xəbər lenti

Xəbər lenti